Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Qoca qartalın əbədi uçuşu” adlı sənədli filmin təqdimatı olub VİDEO

Bakı, 30 yanvar, Məmməd Məmmədli, AZƏRTAC

Yanvarın 30-da Rəşid Behbudov adına Mahnı Teatrında Aşıq Mikayıl Azaflıya həsr olunmuş “Qoca qartalın əbədi uçuşu” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, film “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin bədii və sənədli filmlər studiyası tərəfindən istehsal olunub.

Filmin təqdimatından öncə, ekran əsərinin quruluşçu rejissoru Elnurə Kazımova AZƏRTAC-a müsahibəsində deyib: “Bu filmdə biz portret janrından çıxış edərək Azərbaycandan kənarda, Türkiyə, İran və başqa yerlərdə Mikayıl Azaflının aşıq sənətinə qarşı münasibətini əks etdirmişik. Portret janrı ilk baxışda sadə görünsə də, onun öz çətinlikləri və məhdudiyyətləri var. Ən böyük məhdudiyyət də budur ki, süjetin sxemi əvvəlcədən bəllidir. Bu filmlə onu göstərmək istədik ki, M. Azaflı tək aşıq deyil, dövrün dissident şairidir. O, sənətilə Türkiyə və Gürcüstanda məşhurluq qazanıb. Bu filmlə biz, eyni zamanda, yeni nəsildə aşıq sənətinə maraq oyatmağa çalışmışıq”.

Filmin ssenari müəllifi Məti Osmanoğlu diqqətə çatdırıb ki, çəkiliş qrupunun qarşısında iki yoldan birini seçmək dururdu.

“Ya xalqın yaratdığı mifi dekonstruksiya etmək, “söküb yenidən yığmaq”, ya da mövcud əfsanənin obrazını “televiziya dilində” bərpa etmək. Tamaşaçının təsəvvüründəki obrazı kino estetikasının tələbləri əsasında görüntülərə çevirib əyaniləşdirmək... Biz ikinci yola üstünlük verdik və mənə elə gəlir ki, bu yanaşma özünü doğrultdu. Mikayıl Azaflının portreti əsasında Azərbaycan aşıq sənətinin keçdiyi enişli-yoxuşlu, bəzən də “ildırımlı” yolu, bu sənətin ölməz gələcəyini canlandırmağa çalışdıq. Təbii ki, buna nə dərəcədə nail olduğumuzun qiymətini tamaşaçı verəcək”, - deyə M. Osmanoğlu bildirib.

Filmin elmi məsləhətçisi Qəzənfər Paşayev bildirib ki, ekran əsəri haqqında tənqidi sözlər demək çox çətindir.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı bildirib ki, burada Mikayıl Azaflının əfsanəvi obrazı canlanıb. Çünki M.Azaflının özü belədir və xalq bu obrazı sadəcə irəli çəkib. Qeyd edib ki, İranda onu çox yaxşı tanıyırlar. M. Azaflının qeyri adiliyi onu əfsanəvi aşığa çevirib.

Rejissor Ramiz Həsənoğlu filmin ərsəyə gəlməsində çəkiliş qrupuna öz təşəkkürünü bildirib.

Ekran əsərində Mikayıl Azaflının keçdiyi ömür yolu, Azərbaycan aşıq sənətinin inkişafında, coğrafi hüdudlarının genişlənməsində oynadığı əvəzsiz rol işıqlandırılıb.

Filmin ssenari müəllifi Məti Osmanoğlu, quruluşçu rejissoru Elnurə Kazımova, redaktoru Sadıq Elcanlıdır.

Sonda “Azaflı himni” havası təqdim olunub.

Qeyd edək ki, filmin çəkilişləri əsasən Tovuz rayonunda, Əsrik çayının sahillərində, Mikayıl Azaflının qaçaq olduğu Şiş qaya deyilən dağda, aşığın ana yurdu Tovuz rayonunun Azaflı kəndində, eləcə də Cirdək, Qaralar, Əlimərdanlı və digər kəndlərdə aparılıb.

“Qoca qartalın əbədi uçuşu” adlı sənədli filmin təqdimatı olub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gəncədə ata və qızı bıçaqlanıb

Qisas qiyamətə qalmadı

Macarıstan parlamenti İsveçin NATO-ya daxil olmasını təsdiqləyib

İsveç saytında Xocalı soyqırımı haqqında məqalə dərc edilib

Fələstin Prezidenti hökumətin istefasını qəbul edib

Macarıstan parlamenti ölkənin yeni Prezidentini seçib - YENİLƏNİB

Gürcüstan mətbuatında AZƏRTAC-ın xüsusi müxbirinin Xocalı soyqırımından bəhs edən məqaləsi dərc olunub

“The Manila Tines” qəzeti Xocalı soyqırımından yazır

Muğam Mərkəzində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB

Prezident İlham Əliyev Xocalıda Soyqırımı Memorialının təməlini qoyub və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb    YENİLƏNİB -4 VİDEO

Londonda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Xocalı soyqırımı Azərbaycan tarixində unudulmayan bir faciədir

Ankarada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Rektor: Xocalı soyqırımı qurbanlarının qanlarının töküldüyü doğma torpaqlarımızda bu gün üçrəngli bayrağımız dalğalanır

İtalyan ekspert: Xocalıda qanlı cinayət törədənlər ədalət qarşısında cavab verməlidirlər

Xocalı soyqırımı qurbanlarının xatirəsi region gəncləri tərəfindən anılıb

Macar-Turan Vəqfinin illik toplantısı keçirilib

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

Belqraddakı seminarda Xocalı həqiqətlərindən danışılıb

Macarıstan Milli Assambleyası AŞPA-nın Azərbaycan nümayəndə heyəti ilə bağlı qəbul etdiyi qətnaməyə etirazını bildirib

Naxçıvanda Xocalı faciəsinə həsr olunan elmi konfrans keçirilib

Əlcəzairdə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

“Borçalı” Kommersiya Bankının ləğv prosesi yekunlaşıb

Səfir: Xocalı soyqırımı 3-cü Reyxin “Lebensraum” siyasətinin erməni versiyasıdır

İtalyan senator: Beynəlxalq hüquq və ədalət naminə Xocalı soyqırımının yad olunması vacibdir

Xocalı soyqırımı qurbanlarının xatirəsi Stokholmda da anılıb

Qazaxda soyqırımı qurbanları yad edilib

Neftçalada Xocalı faciəsi qurbanlarının xatirəsi silsilə tədbirlərlə anılıb

Xocalı soyqırımına həsr olunmuş tədbir: “Kədər küləkləri”

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Respublika Gənclər Kitabxanasında Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

İtaliyalı professor: Belə cinayətlərin yenidən yaşanmaması üçün Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməlidir

Parisdə Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla anılıb VİDEO

Bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdır – Əlyazmalar İnstitutunda tədbir

Xocalı faciəsi qurbanlarının xatirəsi Yevlaxda dərin hüznlə anılıb

Gəncədə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş ümumşəhər tədbiri keçirilib

Rəsədxanada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Şamaxıda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Azərbaycan səfiri Bosniya və Herseqovina mətbuatına Xocalı həqiqətlərindən danışıb

Azərbaycan sement klinkerinin ixracını artıracaq

SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrində Xocalı soyqırımına dair videoçarx yayımlanır

Coğrafiya İnstitutunda Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

İtaliyalı senator: Xocalı soyqırımına görə məsuliyyət daşıyanların cəzalandırılması xalqlar arasında barışıq üçün əsasdır

Xocalıda soyqırımı qurbanlarının xatirəsinə ağacəkmə aksiyası keçirilib VİDEO

MEK-də kitabxanaçılar üçün beşgünlük təlimlərə start verilib

Bosniya və Herseqovinada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Xocalı soyqırımı Ermənistanın dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi qanlı cinayətdir

Qərb bölgəsində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib

Pedaqoji Universitetdə Xocalı soyqırımının 32-ci ildönümü qeyd olunub

Su arxının kənarından silah-sursat tapılıb

“Yeni tarixi mərhələ-yeni milli ideologiya” mövzusunda dəyirmi masa təşkil edilib

Bu il 3 mindən çox şəxs Memorial Soyqırımı Muzeyini ziyarət edib – AÇIQLAMA

Xocalı soyqırımı qurbanlarının qisası döyüş meydanında alındı

“Xocalı faciəsi tələbələrin gözü ilə” – sərgi

Xocalı soyqırımı Azərbaycan xalqının qan yaddaşıdır

Azərbaycan xalqı Xocalı soyqırımının mənəvi ağrısını qəlbində daşıyır

Neft-Kimya Prosesləri İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Qoyun qumbaranı partladım, hamımız ölək, amma əsir düşməyək – Xocalı faciəsinin şahidi danışır

UNEC-də Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib

İspaniyalı məşqçi: Seçmə mərhələdəki qələbə Azərbaycan basketbolunun inkişafı üçün böyük təkan olacaq

Sosial sahə üzrə e-xidmətlərə yanvar ayında 254 min müraciət qeydə alınıb

Rəsədxana: Geomaqnit sahəsinin qeyri-sabit səviyyələrdə olması proqnozlaşdırılır

1992-ci il fevralın 25-dən 26-na keçən gecə insanlığın, mərhəmətin, vicdanın öldüyü tarixdir...

Laçında Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Paytaxt məktəblərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

ADA Universitetinin Fondu Xocalı soyqırımında həlak olan 63 uşağın xatirəsini əbədiləşdirmək üçün 63 ağac əkib

Folklor İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

“Everton” komandasının 4 xalı geri qaytarılıb

Ər-Riyadda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Şamil Sabiroğlu: Xocalı şəhərinin düşməndən azad olunması və bayrağımızın orada ucaldılması bütün xocalılıları qürurlandırıb

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti qazaxıstanlı nazirlə görüşüb

DSX-da Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib

Polimer Materialları İnstitutunda Xocalı soyqırımına həsr olunan tədbir keçirilib

Yaponiya millisinin bombardiri karyerasını başa vuracağını açıqlayıb

Şəkidə məskunlaşan Xocalı sakinləri doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər

Kimyaçı alim “Wiley” nəşriyyatının jurnallarının rəyçi sertifikatları ilə təltif edilib

Xocalı faciəsi Azərbaycan xalqının yaddaşından heç zaman silinməyəcək

Prezident: Bu gün Xocalıda olmağımız tarixi ədalətin tam bərpası deməkdir

İordaniya mediası Xocalı soyqırımından yazıb

“Yusif Səmədoğlunun həyatı və yaradıcılığı” monoqrafiyası çapdan çıxıb

Prezident İlham Əliyev: Biz böyük xalqın nümayəndələriyik

Prezident: Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etməkdir VİDEO

COP29-un Təşkilat Komitəsində təmsil olunan QHT-lər və ekoloji profil üzrə bir sıra ekspertlər ilə görüş keçirilib

“Gənc istedadlar” liseyində Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib

Prezident İlham Əliyev: Xocalı azad olunmadan sakitləşə bilməzdik

Xocalı soyqırımı qurbanlarının xatirəsi GDU-da anılıb

FHN-in Mülki müdafiə qoşunlarının komandanlığında Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib

Azərbaycan Prezidenti: Günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq VİDEO

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Tbilisidə tanıtım aksiyası keçirilib

İtaliyada Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub YENİLƏNİB

Prezident İlham Əliyev: Gələn il Ağdama ilk köç başlanacaq VİDEO

Milli Məclisdə “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda dinləmə keçiriləcək

Azərbaycan xalqı Xocalı soyqırımını heç zaman unutmayacaq

Şərqşünas alimlər İzmirdə keçirilən beynəlxalq konfransda məruzə ediblər

Prezident: Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır VİDEO

Bəşəriyyətə qarşı cinayət – Xocalı soyqırımı

Azərbaycan Prezidenti: Əfsuslar olsun ki, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı VİDEO

Xocalı soyqırımı qurbanlarının xatirəsi Yekaterinburqda anılıb