QOCALAR EVİNDƏ YANĞIN NƏTİCƏSİNDƏ AZI 11 NƏFƏR HƏLAK OLMUŞDUR
AZƏRTAC-ın xarici informasıya agentliklərindən aldığı xəbərdə deyilir ki, hadisə yanvarın 31-də Qlazqo (Şotlandiya) yaxınlığındakı qocalar evində səhər tezdən baş vermişdir.
Yerli polis idarəsindən bildirmişlər ki, binada, təxminən, 40-dək adam olmuşdur. Yanğınsöndürənlər odu tezliklə söndürsələr də, hadisə tələfatsız ötüşməmişdir.
Yanğınsöndürmə xidməti nümayəndəsinin sözlərinə görə, onlar hadisə yerinə gələndə, bina artıq yanmışdır. Onun fikrincə, evin 11 sakini həlak olmuşdur.