“Qolos Azerbaydjana” qəzeti yenidən nəşr olunur
Bakı, 4 oktyabr (AZƏRTAC). İki illik fasilədən sonra Ukrayna Azərbaycanlıları Konqresinin yeni rəhbərliyi dövründə “Qolos Azerbaydjana” qəzetinin 11-ci nömrəsi çapdan çıxmışdır.
Hazırda Ukraynada Azərbaycanda baş verən hadisələri, habelə siyasət, mədəniyyət xəbərlərini öz səhifələrində işıqlandıran iki qəzet nəşr olunur: “Slovo Azerbaydjana” (rus dilində çıxan aylıq qəzet, “Demokratiyanın nəbzi” Beynəlxalq İctimai Təşkilatının qüvvəsi ilə nəşr olunur) və “Qolos Azerbaydjana” (Ukrayna Azərbaycanlıları Konqresinin qəzeti).
Ukrayna Azərbaycanlıları Konqresinin sədri Hikmət Cavadov istər Ukrayna Azərbaycanlıları Konqresinin daxilində islahatlar keçirilməsi uğrunda mübarizədə, istərsə də bütövlükdə Ukraynada və dünyada Azərbaycan diasporunun mövqelərini təsdiq etmək üçün qəzeti mühüm vasitə hesab edir.
Hikmət Cavadov yerli KİV-lər üçün müsahibəsində demişdir: “Hazırda kütləvi informasiya vasitələrinin rolu əvəzsizdir. Bəzən qəzet sözünün gücü silahdan güclü olur. Bəzən mühüm dəyişikliklər və islahatlar kiçik bir yazıdan başlanır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]