Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Qorxma, mən səninləyəm! 1919” Moskvada VİDEO

Moskva, 18 noyabr, AZƏRTAC

Moskvanın “Puşkinski” kinoteatrında məşhur bakılı rejissor Yuli Qusmanın Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə 2011-ci ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Rusiyanın “Vayt Media” kinoşirkəti ilə birlikdə lentə aldığı “Qorxma, mən səninləyəm! 1919” macəra filminin təqdimatı olub.

Y.Qusman gecəni açaraq bildirib ki, filmdə hadisələr birinci “Qorxma, mən səninləyəm!” filmində əksini tapan hadisələrdən 20 il sonra - 1919-cu ildə Azərbaycanda Xalq Cümhuriyyətinin qurulması ilə bağlı qızğın hadisələr fonunda cərəyan edir. Baş rejissor deyib: “Mən Azərbaycan Prezidentinə, Heydər Əliyev Fonduna, Vətənim Azərbaycanda bu filmin ərsəyə gəlməsində iştirakı olan bütün dostlarıma təşəkkür etmək istəyirəm”.

O, çəkiliş qrupunu tamaşaçılara təqdim edərək vurğulayıb ki, Rusiyanın tanınmış kinematoqrafçılarının çoxu çəkilişlər zamanı Azərbaycanda olub. Rejissor deyib: “Bəziləri çətinliklə razılaşırdılar: yeni ölkə, gərgin iş cədvəli…. İndi isə bir daha Azərbaycana gəlmək arzusundadırlar və bu da əla nəticədir”.

Filmin bəstəkarı və əsas rollardan birinin ifaçısı, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, çəkiliş qrupu Azərbaycanın Milli Dirçəliş Günü Moskvada təqdimat təşkil etmək qərarına gəlib. O, film barədə danışaraq vurğulayıb ki, “Qorxma, mən səninləyəm! 1919” 1981-ci ildə çəkilən filmin davamı deyil. Səfir deyib: “Bəli, ifaçılar da, rejissor da eynidir, lakin bu, tamamilə başqa əhvalatdır. Vaxt gələcək, bu iki film bir-birini tamamlayacaq”. Səfir filmin çəkilişinə kömək göstərdiklərinə görə Mehriban Əliyeva başda olmaqla Heydər Əliyev Fonduna, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə, “Azərbaycanfilm” kinostudiyasına xüsusi minnətdarlığını bildirib.

Filmin prodüseri, “Vayt Media” şirkətinin rəhbəri Timur Vaynşteyn qeyd edib ki, noyabrın 20-də Rusiyada “Qorxma, mən səninləyəm! 1919” filminin prokatı başlayacaq. Prokat ilə Rusiyanın ən iri distribüter şirkəti olan “Sentral Partnyorşip” məşğul olur. O, hamını qəhrəmanlarının məhəbbət, amal və şərəf naminə igidlik göstərdikləri bu filmdən zövq almağa dəvət edib.

TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman filmin yaradıcılarını təbrik edərək deyib: “Mən bu filmin Bakıda səmimiyyətlə qəbul edilməsinə görə sevindim. Bu gün tamaşaçılar arasında xeyli bakılı var. Ümidvaram ki, Moskvada da belə olacaq. Filmin təqdimatı hamımızın bir yerə toplanması üçün daha bir gözəl səbəbdir”.

Rusiyanın tanınmış telejurnalisti Vladimir Pozner AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib ki, dostu, peşəkar rejissor Yuli Qusmanın çəkdiyi filmin premyerasına gəlib. Rusiya-Azərbaycan münasibətlərinə toxunan V.Pozner vurğulayıb ki, Azərbaycan elə ölkələrdən biridir ki, Rusiya onunla daha sıx dostluq münasibətləri qurmalıdır.

Qeyd edək ki, filmin operatoru Vadim Alisov, quruluşçu rəssamları Rafiq Nəsirov, Viktor Nikonenko, Tahir Tahirov, prodüserləri Müşviq Hətəmov və Timur Vaynşteyndir.

Filmdə Lev Durov, Muxtarbek Kantemirov, Mixail Yefremov, Edqar Zapaşnı, Vladimir Dolinski, Yuri Kobaladze, Bəhram Bağırzadə, Kristina Güləliyeva, Eldar Qasımov, Həmidə Ömərova, Məbud Məhərrəmov, Teymur Bədəlbəyli, Zaur Şəfiyev, Nuriyyə Əhmədova, Rövşən Əsgərov, Rusiya və Azərbaycanın digər populyar aktyorları çəkiliblər. Filmin çəkilişləri Moskvada, Bakıda və Azərbaycanın dağlıq rayonlarında aparılıb.

“Qorxma, mən səninləyəm! 1919” filmi 2013-cü ilin dekabrında Tulada keçirilən “Gülümsə, Rusiya” (“Ulıbnis, Rossiya”) XIV açıq komediya filmləri festivalının Qran-pri mükafatına layiq görülüb. Polad Bülbüloğlu filmə yazdığı musiqiyə görə festivalın Fəxri diplomuna, filmin rejissoru Yuli Qusman isə “Ölkənin yumor hissinə töhfəyə görə” xüsusi mükafata layiq görülüb.

Filmin təqdimatında Azərbaycanın və Rusiyanın tanınmış siyasi və mədəniyyət xadimləri, Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, Ümumrusiya Azərbaycanlıları Konqresinin və s. təmsilçiləri iştirak ediblər.

Fəridə Abdullayeva

AZƏRTAC–ın xüsusi müxbiri

Moskva

“Qorxma, mən səninləyəm! 1919” Moskvada VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib

AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın internet televiziyasında çıxış edib

Çində tornado baş verib, ölənlər var

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Tailandın xarici işlər naziri hökumətdəki dəyişikliklərdən sonra istefa verib

Şahdilidə ekoturizm yarışması

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib VİDEO

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır