QÖVSİ TƏBRİZİNİN “DİVAN”I ÇAP OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, XVII-XVIII əsrlərdə yaşayıb yaratmış görkəmli Azərbaycan şairi Qövsi Təbrizinin “Divan”ı “Nurlan” nəşriyyatında nəfis şəkildə çapdan çıxmışdır.
Filologiya elmləri namizədi Paşa Kərimovun müxtəlif əlyazma variantları əsasında hazırladığı elmi-tənqidi mətn üzrə nəşr olunmuş “Divan”da şairin irsi ilk dəfə tam şəkildə toplanmışdır.
Kitabın redaktoru filologiya elmləri doktoru Məmməd Adilovdur.