Qriqori Zaslavski: Rusiya və Azərbaycan teatrları qarşılıqlı dəstəyə hazır olmalıdırlar
Bakı, 11 aprel, AZƏRTAC
Burada bu cür azad tribunanın olması çox gözəldir. Rus teatrı üçün də aktual olan məsələlər qaldırılır. Rus teatrından misal çəkən insanlar görünür, çoxdandır ki, Moskvada olmayıblar. Çünki Mossovet teatrı hazırda heç də yaxşı vəziyyətdə deyil.
Bu fikirləri AZƏRTAC-ın müxbiri ilə söhbətində “Azərbaycan teatrı - 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunun iştirakçısı, Rusiya Teatr Sənəti İnstitutunun rektoru Qriqori Zaslavski deyib.
“Düşünürəm ki, biz qarşılıqlı dəstəyə hazır olmalıyıq. Azərbaycan Mədəniyyət Nazirliyində yeni, gözəl insanlar olması nəzərə alınmaqla, eləcə də qayğıkeş dövlət başçısı sayəsində bu gün sizin öz fəaliyyətinizi əsaslı şəkildə yenidən qurmaq fürsətiniz var”, - deyə Zaslavski vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]