Quba 2024, Qəbələ 2025-ci ilin “İdman Paytaxtı”, Sumqayıt isə “Gənclər Paytaxtı” seçilib
Bakı, 7 dekabr, AZƏRTAC
Dekabrın 7-də Gənclər və İdman Nazirliyinin növbəti kollegiya iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, nazir Fərid Qayıbovun sədrliyi ilə keçən iclasda gündəliyə əsasən, 2024-2025-ci illər üçün idman paytaxtlarının və 2025-ci il üçün gənclər paytaxtının seçilməsi məsələləri müzakirə edilib.
Namizəd şəhərlərin nümayəndələri təqdimatla çıxış edərək məlumat veriblər. Təqdimatlardan sonra elektron səsvermə nəticəsində Quba 2024-cü il, Qəbələ isə 2025-ci il üçün "İdman Paytaxtı" seçiliblər.
Kollegiyada, həmçinin 2025-ci il üçün “Gənclər Paytaxtı” da məlum olub. Namizəd şəhərlərin təqdimatından sonra Sumqayıt şəhəri 2025-ci il üçün “Gənclər Paytaxtı” seçilib.
Xatırladaq ki, bu il yanvarın 19-da keçirilmiş kollegiya iclasında Lənkəran şəhəri 2024-cü ilin “Gənclər Paytaxtı” seçilib.
Dövlət qurumlarının əməkdaşları arasında gələn il keçiriləcək idman yarışlarının planı müzakirə edilərək qəbul olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]