Quba-Xaçmaz bölgəsi çaylarında sululuq artmışdır
Bakı, 2 iyun (AZƏRTAC). Ölkə ərazisində yağan qısamüddətli yağışlar nəticəsində Quba-Xaçmaz bölgəsi çaylarında sululuğun artımı müşahidə olunmuşdur. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-120, Kiçik Qafqazın çaylarında 20-60, Lənkəran-Astara bölgəsi çaylarında 10-30, Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilmişdir.
Məlumatda bildirilir ki, iyunun 2-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4, Qanıx çayının Əyriçay məntəqəsində 6 santimetr azalma qeydə alınmışdır.
Kür çayının aşağı axınında isə suyun səviyyəsinin artdığı müəyyən edilmişdir.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 316, Şirvanda 153, Salyanda 80, Bankədə 201, Araz çayının Novruzlu məntəqəsində isə 35 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]