Quba-Xaçmaz bölgəsi çaylarında sululuq artmışdır
Bakı, 9 iyun (AZƏRTAC). Yağan yağışlar nəticəsində respublikanın əsasən Quba-Xaçmaz bölgəsi çaylarında suyun səviyyəsində 1-18 santimetr intervalında artım qeydə alınmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildirmişlər ki, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-110, Kiçik Qafqazın çaylarında 20-70, Lənkəran-Astara bölgəsi çaylarında 10-40, Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir.
İyunun 9-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsinin 9 santimetr artdığı, su sərfinin saniyədə 315 kubmetr olduğu müəyyən edilmişdir. Kür çayının aşağı axınında da suyun səviyyəsində əsasən artım qeydə alınmışdır.
Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 8 santimetr azalma müşahidə olunmuşdur.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə-Surrada 363, Şirvanda 209, Salyanda 123, Bankədə 201, Araz çayının Novruzlu məntəqəsində isə 97 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]