“QUBA XANLIĞI” KİTABI NƏŞR EDİLMİŞDİR
Müəllif uzun illər Azərbaycan, Rusiya, Türkiyə arxivlərindən topladığı sənədlər, habelə tarixi mənbələrdən əldə etdiyi faktlar əsasında Quba xanlığının ərazisi, təsərrüfat həyatı, əhalisi, xanlıqdakı sosial-iqtisadi münasibətlər, dövlət idarəçiliyi, Fətəli xanın, onun xələfi Şeyxəli xanın hərbi quruculuq, daxili və xarici siyasət sahəsində fəaliyyəti haqqında ətraflı məlumat vermişdir.
Kitabda əhəmiyyətli məsələlərdən biri də Quba xanlığının, yarımmüstəqil qurum kimi, XVII əsrin 70-ci illərindən 1747-ci ilə qədərki dövrü haqqında geniş söz açılmasıdır. Burada daha bir mühüm yenilik Şeyxəli xanın 1796-cı ildə və 1805-1811-ci illərdə rus işğalçılarına qarşı apardığı qeyri-bərabər, lakin inadlı və qəhrəmanlıq mübarizəsinin işıqlandırılmasıdır. Müəllif mötəbər dəlillər əsasında Fətəli xanın guya rus hakimiyyətini fanatikcəsinə qəbul etməyə çalışması barədə tarixi ədəbiyyatda kök salmış fikirləri təkzib edərək göstərir ki, o, rus hakimiyyəti altına keçmək jox, rusların hərbi yardımına arxalanmaqla, Azərbaycanın bütün ərazisini birləşdirmək istəyirdi.
Monoqrafiyaya Quba xanlarının şəcərəsi, çoxlu tarixi sənədlər əlavə edilmişdir.
Tarixçi alimlər, tələbələr, geniş oxucu kütləsi üçün əhəmiyyətli olan kitabın redaktoru tarix elmləri doktoru, professor Vaqif Piriyevdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:17]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:04]
Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]