Qubada körpələr evi-uşaq bağçası istifadəyə verilib
Quba, 3 dekabr, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunun Amsar kəndində körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni binada azyaşlı uşaqların hərtərəfli inkişafı və sağlam böyüməsi üçün hər cür şərait yaradılıb.
Binada iki qrup otağı, yeməkxana, idman zalı, tibb otağı və inzibati otaqlar yerləşir. Bağçanın həyətində isə istirahət guşələri yaradılıb.