Qubada narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb VİDEO
Quba, 9 fevral, Elxan Yusifli, AZƏRTAC
Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Mirzə Vəliyevi saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxsin üzərinə və yaşadığı evə baxış zamanı kibrit qutularında marixuana, çətənə bitkisinin toxumları və 12 ədəd güclü təsirediciliyə malik maddə aşkar olunaraq götürülüb.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə M.Vəliyev barəsində həbs qətimkan tədbiri seçilib.