Qubadlı rayonunun Kürd Mahruzlu kəndi
Bakı, 9 noyabr, AZƏRTAC
Qubadlı rayonunun Kürd Mahruzlu kəndi dağətəyi düzənlikdə yerləşir.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Kürd Mahruzlu kəndi işğal dövründə erməni vandalizminə məruz qalıb.
Kənd Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu tərəfindən 2020-ci il oktyabrın 23-də işğaldan azad olunub.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Kürd Mahruzlu kəndinin görüntülərini təqdim edir.