Qubadlı rayonunun Mərdanlı kəndi
Bakı, 16 noyabr, AZƏRTAC
Qubadlı rayonunun Mərdanlı kəndi Həkəri çayının sahilində, dağətəyi ərazidə yerləşir. Yaşayış məntəqəsi kəndin əsasını qoymuş Hacı Mərdan adlı şəxsin adını daşıyır.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il noyabrın 7-də kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Mərdanlı kəndinin görüntülərini təqdim edir.