Qubadlı rayonunun Mollabürhan kəndi FOTO
Bakı, 5 dekabr, AZƏRTAC
Qubadlı rayonunun Mollabürhan kəndi Həkəri çayının sahilində yerləşir.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Digər yaşayış məntəqələrimiz kimi, Mollabürhan kəndi də işğal dövründə erməni vandalizminə məruz qalıb.
Kənd Vətən müharibəsində, 2020-ci il oktyabrın 25-də işğaldan azad olunub.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Mollabürhan kəndinin görüntülərini təqdim edir.