Qubadlı rayonunun Qaraqoyunlu kəndi
Bakı, 2 noyabr, AZƏRTAC
Qubadlı rayonunun Qaraqoyunlu kəndi dağətəyi ərazidə yerləşir.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Qaraqoyunlu kəndi işğal dövründə erməni vandalizminə məruz qalıb.
Kənd Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu tərəfindən 2020-ci il noyabrın 9-da işğaldan azad olunub.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Qaraqoyunlu kəndinin görüntülərini təqdim edir.