Qubadlı rayonunun Seləli kəndi
Bakı, 26 oktyabr, AZƏRTAC
Qubadlı rayonunun Seləli kəndi Həkəri çayının sahilində yerləşir.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Seləli kəndi işğal dövründə erməni vandalizminə məruz qalıb.
Kənd Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Seləli kəndinin görüntülərini təqdim edir.