Qubanın ucqar yaşayış məntəqələrinə gedən yollar qardan təmizlənmişdir
Quba, 17 dekabr (AZƏRTAC). Qubadakı 6 nömrəli yol istismar idarəsi qar yağması nəticəsində yaranmış çətinliklərin aradan qaldırılması, o cümlədən avtomobil yollarında hərəkətin davamlılığını təmin etmək məqsədi ilə gücləndirilmiş iş rejimində çalışır.
İdarənin rəisi Aydəmir Manafov AZƏRTAC-a bildirmişdir ki, 30-a yaxın işçi, 20-dən çox müxtəlif təyinatlı texnika yolların qardan təmizlənməsi işlərinə cəlb edilmişdir. Müəssisənin xidmət göstərdiyi Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun 142-ci kilometrliyindən 185-ci kilometrliyinə kimi yolun sürüşməyə meylli hissələrinə qum-duz qarışığı səpilmiş, bu istiqamətdə olan 8 körpünün üzəri qardan təmizlənmişdir.
Bundan əlavə, Quba-Qusar, Quba-Xaçmaz eləcə də ucqar yaşayış məntəqələrinə gedən yollarda da lazımi profilaktik tədbirlər həyata keçirilmişdir. Quba-Xınalıq yolu qardan təmizlənmiş, avtomobillərin hərəkətinin davamlılığını təmin etmək üçün idarənin işçilərindən ibarət xüsusi texnikalarla təmin edilmiş növbətçi briqadalar yaradılmışdır.
Yol istismar idarəsi tərəfindən 100 ton duz, 2 min kubmetr qum tədarük edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]