Quram Marxuliya: Gürcüstan və Azərbaycan geosiyasi tərəfdaşlardır
Tbilisi, 27 dekabr, AZƏRTAC
Gürcüstanın Ermənistan üçün əlavə tranzit dəhlizini açması yolverilməzdir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında politoloq, tarixçi alim Quram Marxuliya söyləyib.
O deyib ki, Gürcüstan və Azərbaycan geosiyasi tərəfdaşdırlar. Belə olan halda Gürcüstanın Ermənistan üçün alternativ yol açması nəinki məqsədəuyğun deyil, həm siyasi, həm də iqtisadi cəhətdən sərfəli deyil.
Marxuliyanın sözlərinə görə, Gürcüstan hakimiyyəti bunu mütləq nəzərə almalıdır.
“Ümid edirik ki, Ermənistan üçün yeni yol açılmayacaq və Gürcüstan ictimaiyyəti də buna imkan verməyəcək”, - deyə politoloq vurğulayıb.
Qeyd edək ki, bu günlərdə Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili fors-major hallarda Çxinvalidən keçən dəhlizdən Ermənistanın istifadə edə biləcəyi barədə bəyanatla çıxış edib. Onun bu çıxışı ölkədə birmənalı qarşılanmayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:06]
İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib
- 07.10.2026 [10:06]