Quran Marxuliya: Azərbaycan torpaqları Prezident İlham Əliyevin qətiyyəti sayəsində işğaldan azad edildi
Tbilisi, 27 sentyabr, AZƏRTAC
Bu gün Azərbaycanda şəhidlərin Anım Günü qeyd olunur. Bu, biz Gürcüstan vətəndaşları üçün də mühüm bir gündür. Azərbaycanın torpaqlarını işğaldan azad etməsi Gürcüstan üçün də real imkanlar yaradır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü politoloq, tarixçi alim Quram Marxuliya söyləyib.
Onun sözlərinə görə, Azərbaycan xalqı xoşbəxt xalqdır. Bu gün bütün dünyada Azərbaycan şəhidlərinin xatirəsi ehtiramla anılır. Bu gün həm də Azərbaycan xalqını Qələbəyə aparan yolun başlanğıcıdır. Azərbaycan öz torpaqlarını işğaldan azad edib.
"Mən bu Qələbənin qazanılmasında Azərbaycan Prezidenti İlham Əliyevin rolunu xüsusi qeyd etmək istəyirəm. Məhz Prezident İlham Əliyevin əzmkarlığı, qətiyyəti nəticəsində Azərbaycan Ordusu inamlı Qələbə qazanıb. Azərbaycan Prezidenti xalqının önündə oldu. Xalq və Ordu bu əzm, bu cəsarət və qətiyyət ətrafında sıx birləşərək Qələbəni təmin etdi”, - deyə politoloq vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi