Qurban Qurbanov: Budəfəki görüş əvvəlki ilə müqayisədə daha gərgin olacaq
Tbilisi, 18 iyul, AZƏRTAC
İyulun 17-də Azərbaycanın “Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanov Tbilisidəki Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransı keçirib.
Boris Payçadze adına "Dinamo" Arenasında Gürcüstanın “Samtredia” komandası ilə keçirəcəkləri oyun barədə sualları cavablandıran baş məşqçi bildirib ki, ilk oyunda çox qol vurmalarına baxmayaraq, sabahkı oyuna kifayət qədər ciddi hazırlaşıblar. O, komandasını çox çətin qarşılaşmanın gözlədiyini söyləyib: “Fikrimcə, bu görüş bir həftə əvvəlki ilə müqayisədə daha gərgin olacaq. “Samtredia” özünəxas xarakterə malikdir və məğlubiyyəti sevmir. Oyunçuları hər qoldan sonra daha aqressiv olurlar. Bu səbəbdən ötən 6 gün ərzində tam ciddi hazırlıq keçmişik. Yaxşı futbol oynamağa və azarkeşləri razı salmağa çalışacağıq. Rəqibə uğurlar arzulayıram”.
Qeyd edək ki, iyulun 18-də keçiriləcək "Samtredia" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk görüşdə “Qarabağ” 5:0 hesabı ilə qalib gəlib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [23:30]
Dioqo Balau “Turan Tovuz”a keçib
- 09.06.2026 [23:28]
Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib
- 09.06.2026 [23:26]
“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb
- 09.06.2026 [20:32]
“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub
- 09.06.2026 [19:57]
Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub
- 09.06.2026 [19:24]
Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib
- 09.06.2026 [19:08]
Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib
- 09.06.2026 [18:40]
Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub
- 09.06.2026 [18:13]