Qurban Qurbanov: Futbolçularım əsl idmançı xarakteri nümayiş etdirdilər
Poltava, 9 noyabr, AZƏRTAC
Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə qazandılar. Oyundan da razı qaldım. 90 dəqiqə mübarizədən geri çəkilmədilər, meydanın hər yerində ən yaxşısını etməyə çalışdılar.
AZƏRTAC xəbər verir ki, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin IV turunda səfərdə Ukrayna "Vorskla"sını 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.
Q.Qurbanov bildirib ki, oyunda konsentrasiya daha yaxşı idi, nəinki Bakıda. “Bu gün sübut etdik ki, Bakıda da qalib gəlməli idik. Evdə də meydana qələbə üçün çıxmışdıq, ancaq alınmadı. Burada isə istəyimizə nail olduq. Bu gün qələbəyə inamım var idi. Həmişə rəqibi canlı gördükdən sonra digər matça daha rahat hazırlaşa bilirsən. Bu amilin də rolu oldu. Həm Bakıda, həm də burada qalibiyyət arzulayırdıq. Sadəcə, səfər matçında alındı. Futbol kollektiv oyundur. Məncə, komponentləri deməyim düzgün çıxmaz. Futbolçularım tapşırıqları düzgün yerinə yetirdilər və əsl idmançı xarakteri nümayiş etdirdilər”, - deyə baş məşqçi əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Poltava
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:36]
Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında medal qazanıb
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]