QURUÇAY ÜZƏRİNDƏ YENİ KÖRPÜ SALINMIŞDIR
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 18-də Horadiz-Füzuli magistralını Zobucuq ərazisində yeni salınmış qəsəbələrlə birləşdirən 15 kilometrlik avtomobil yolunun və Quruçay üzərində tikilmiş körpünün açılışında iştirak etmişdir.
Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov, “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin sədri Ağalar Vəliyev dövlətimizin başçısına məlumat verərək bildirdilər ki, körpünün uzunluğu 24,1 metr, eni 9 metrdir. Yeni yolun çəkilməsi zamanı 27 ədəd dəmir-beton suötürücü bəndlər quraşdırılmışdır.
Prezident İlham Əliyev körpünün açılışını bildirən rəmzi qırmızı lenti kəsdi, görülən işləri yüksək qiymətləndirdi.
Ətrafdakı beş qəsəbədə 375 ev tikmiş “Azəraqrartikinti” magistral yoldan bu qəsəbələrə 3,2 kilometrlik yollar da çəkmişdir. Yeni yol və körpü Dövlət Neft Fondunun vəsaiti hesabına salınmışdır.
Dövlətimizin başçısı sonra avtomobilin sükanı arxasına keçərək, Zobucuq qəsəbəsində 27 nömrəli orta məktəbin binasının açılış mərasiminə yola düşdü.
######
![]() |
![]() |

