“QUŞ QRİPİ” TƏHLÜKƏSİ İLƏ ƏLAQƏDAR NÖVBƏTİ MONİTORİNQ BAŞA ÇATMIŞDIR
Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, “quş qripi” təhlükəsi ilə əlaqədar noyabrın 28-dən dekabrın 6-dək milli park, qoruq və köçəri quşların məskunlaşdığı digər ərazilərdə növbəti monitorinq keçirilmişdir. Həmin müddətdə seçmə üsulu ilə ovlanmış quşların qanı və cəsədi Respublika Baytarlıq Laboratoriyasında müayinə edilmişdir. Müayinə zamanı “quş qripi”nin əlamətləri aşkar olunmamışdır.
Dövlət Baytarlıq Xidməti “quş qripi” əleyhinə tədbirləri davam etdirir. Eyni zamanda köçəri quşların ovlanmasına qoyulmuş qadağa qüvvədə qalır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]