“QUŞ QRİPİ”NƏ QARŞI MAARİFLƏNDİRMƏ İŞLƏRİ APARILIR
AZƏRTAC xəbər verir ki, Gəncənin ali və orta ixtisas məktəblərində quş qripinə qarşı əhali arasında maarifləndirmə işlərini gücləndirmək məqsədi ilə müxtəlif tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında keçirilmişdir. Filialın direktoru, professor Ramiz Məmmədov xəstəliyin törədə biləcəyi fəsadlardan danışmışdır.
Sonra şəhər baytarlıq idarəsinin rəisi Hüseyn Abbasov və şəhər sanitariya-gigiyena mərkəzinin şöbə müdiri Almaz Tonyeva quş qripinin əlamətləri, ondan qorunma qaydaları haqqında tələbələrə ətraflı məlumat vermişlər. Axırda görüş iştirakçılarının suallarına aydınlıq gətirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]