Qusar Dövlət Ləzgi Dram Teatrı yeni mövsümə “Səfər bəyin toyu” ilə başlayır VİDEO




Qusar, 14 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Qusar Dövlət Ləzgi Dram Teatrı yeni mövsümə “Səfər bəyin toyu” tamaşası ilə başlayacaq.
Teatrın bədii rəhbəri Faiq Qardaşov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, komediya janrında olan tamaşa sentyabrın 15-də Qusar Mədəniyyət Evində nümayiş etdiriləcək.
Yerli yazar Mirzəli Rüstəmovun eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Bağır Əhmədov, quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı Şaiq Qardaşovdur.
Teatr kollektivi tərəfindən yeni mövsüm üçün daha üç tamaşanın hazırlanması nəzərdə tutulub. Artıq “Göyçək Fatimə”, “Hərənin öz ulduzu” və “Əsir qadın” tamaşalarının məşqlərinə başlanılıb.
Bununla yanaşı, kollektiv Milli Musiqi Günü münasibətilə tamaşaçılarına xüsusi kompozisiya təqdim edəcək.