Azərbaycan Dövlət İnformasiya Agentliyi

QUSAR RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ŞAİR ALXASOVUN ÇIXIŞI

-Möhtərəm cənab Prezident!

İcazə verin, əvvəlcə, Sizə bütün qusarlıların salamlarını, dərin hörmət və ehtiramlarını çatdırım. Deyim ki, hər bir qusarlı Azərbaycan kimi inkişaf edən, çiçəklənən bir ölkənin vətəndaşı olması ilə, Sizin kimi qurub-yaradan, müasir və qayğıkeş Prezidenti ilə fəxr edir.

Ötən il oktyabrın 15-də keçirilmiş prezident seçkilərində Sizə səs verməklə, onlar həm Sizə, həm əbədiyaşar Heydər Əliyev ideyalarına, həm də öz xoşbəxt gələcəklərinə səs verdilər. Bu gün Azərbaycanın tarixində çox böyük əhəmiyyət kəsb edən bir dövrə yekun vururuq. Sizin uzaqgörənliyiniz və qətiyyətiniz sayəsində, 2004-cü ildə hazırlanıb qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı artıq böyük uğurla yerinə yetirilmişdir. Bu müddətdə Azərbaycanın digər rayonları kimi, Qusar rayonu da dinamik inkişaf yolu keçmişdir. Sizin bölgələrin problemlərinə diqqətlə yanaşmağınızın nəticəsidir ki, son beş il ərzində Qusar rayonunda ümumi məhsul istehsalı 2,8 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 2,1 dəfə, rayonun iqtisadiyyatına yönəldilən investisiyalar 5,6 dəfə, büdcə xərcləri 5,1 dəfə, orta aylıq əmək haqqı isə 4,5 dəfə artmışdır.

Qusar rayonunun ölkə xəritəsindəki coğrafi və iqtisadi mövqeyi, təbii sərvətləri və füsunkar gözəlliyi onu yerli və beynəlxalq turizmin inkişafı üçün çox cəlbedici bir bölgəyə çevirir. Rayonumuzda aparılan quruculuq işləri bölgədə turizmin inkişafı üçün möhkəm bünövrə yaradır. Belə ki, ötən illər Qusarın təbii gözəlliyi saxlanılmaqla çoxsaylı yeni sosial obyektlər inşa olunmuş, müasir park və xiyabanlar salınmış, şəhərin işıqlandırma sistemi yenidən qurulmuş, şəhərdaxili küçələrə ümumilikdə 200 min kvadratmetrə yaxın asfalt örtüyü döşənmiş, mövcud çoxmənzilli yaşayış binalarının əksəriyyəti əsaslı təmir edilmiş, nümunəvi məhəllələr salınmışdır. Qusar şəhəri də daxil olmaqla 21 yaşayış məntəqəsinə təbii qazın verilməsi bərpa edilmiş və beş il ərzində 30 kilometrdən çox müxtəlif diametrli yeni qaz xətləri çəkilmişdir.

Eyni zamanda, 61 kilometr uzunluğunda yeni su xətləri çəkilmiş, istismara yararsız vəziyyətə düşmüş 30 kilometrdən çox su xətləri yeniləri ilə əvəz edilmişdir. Təkcə son bir ildə on kənddə subartezan quyusu qazılmışdır. Bazar iqtisadiyyatındakı müsbət meyilləri hiss edən iş adamları Qusarda çoxmərtəbəli binaların inşasına başlamışlar. Sizin təşəbbüsünüz və Bakıdan şimal sərhədlərinə doğru çəkilən və Cənubi Qafqazda analoqu olmayan müasir beton avtomobil yolu bölgənin inkişafında, o cümlədən Qusarın önəmli turizm və mədəniyyət mərkəzinə çevrilməsində böyük rol oynayacaqdır. Biz bunu yolun açılışından sonra rayonumuza gələn qonaqların sayının nəzərəçarpacaq dərəcədə artmasından hiss edirik.

Sizin tapşırığınızla 29 kilometrlik Qusar-Laza yolunun inşasına artıq başlanılmışdır. Biz qusarlılar rayonumuza növbəti səfəriniz zamanı bu yolun da təntənəli açılışında iştirakınızı səbirsizliklə gözləyirik. Qusarlılar inanırlar ki, yaxın gələcəkdə rayonumuzun bütün kənd yolları belə yüksək səviyyədə və keyfiyyətlə inşa ediləcəkdir.

Nəhayət, açılışında iştirak etdiyiniz, özünəməxsus memarlıq üslubunda inşa edilmiş Qusar Olimpiya Kompleksi bu gün qapılarını rayon sakinlərinin üzünə geniş açmışdır. Fürsətdən istifadə edib, Sizə hesabat vermək istəyirəm ki, Qusar Olimpiya Kompleksi bu gün tam gücü ilə işləyir. Yeri gəlmişkən qeyd edim ki, rayonumuza gələn xarici qonaqlar bu kompleksin onlarda doğurduğu heyranlıq, hətta mən deyərdim, həsəd hisslərini gizlədə bilmirlər.

Möhtərəm cənab Prezident!

Biz artıq bu gün verdiyiniz dəstək sayəsində böyük cəsarətlə irimiqyaslı, ölçülərinə görə indiyədək analoqu olmayan turizm layihələrinə qoşuluruq. Mən Sizin təşəbbüsünüz və xeyir-duanızla Qusar rayonunun Laza və Aladaş kəndlərinə, eləcə də Böyük Qafqaz sıra dağlarının yüksək zirvələrindən biri olan Şah dağına yaxın ərazidə, - bölgədə bənzəri olmayan Şah dağ Qış-Yay Turizm və İstirahət Kompleksini nəzərdə tuturam, - təbiətin füsunkar guşəsində beynəlxalq standartlar səviyyəsində yaradılan bu kompleks respublika əhalisinin, həmçinin xarici ölkələrin böyük maraq və diqqətinə səbəb olmuşdur. Bu gün Şah dağ sözü rayonumuzda ağsaqqaldan tutmuş məktəbliyədək hamının dilindədir. Layihə rayona yeni iş yerləri, investisiyalar, inkişaf, bir sözlə tamamilə yeni həyat gətirəcəkdir.

Yaxın keçmişdə qusarlılar heç təsəvvürlərinə belə gətirə bilməzdilər ki, vaxt olacaq rayonun ərazisində dəniz səviyyəsindən 3 min metr hündürlükdə 340 yerlik dördulduzlu hotel, lift bazası, xizək məktəbi, buraz yolları inşa ediləcək, süni kanallaşdırma sistemi yaradılacaqdır. Kim düşünərdi ki, dünyanın aparıcı turizm şirkətləri Qusarda işləmək üçün bir-biri ilə rəqabət aparacaqlar. Bəli, indi bunlar günün reallığı, cənab Prezident, Sizin apardığınız müdrik siyasətin nəticəsidir.

Biz əminik ki, bu layihə müvəffəqiyyətlə həyata keçəcək, bütün dünya özü üçün Qusar fenomenini kəşf edəcəkdir. Gün gələcəkdir ki, biz Qusarı İsveçrə ilə yox, İsveçrəni Qusarla müqayisə edəcəyik. Biz buna ürəkdən inanırıq.

Möhtərəm cənab Prezident!

Biz çox sevinirik ki, ulu öndərimiz Heydər Əliyev kimi Siz də Azərbaycanın şimal qapısı sayılan Qusar rayonuna, onun sosial-iqtisadi inkişafına həmişə böyük diqqət və qayğı ilə yanaşırsınız. 2004-cü il iyulun 21-də Qusar şəhərində rayon sakinləri ilə görüşünüz zamanı dediyiniz sözlər hər bir qusarlının ürəyində silinməz iz buraxmışdır. Siz onda demişdiniz: “Mən Qusara xüsusi diqqət göstərəcəyəm. Çalışacağam ki, bu gözəl rayon daha da gözəlləşsin, abadlaşsın. Mən daim qusarlılarla olacağam və biz birlikdə böyük işlər görəcəyik”.

Qusarlılar Sizin qayğınızı həmişə hiss edir, onun konkret nəticələrini görürlər. Son beş ildə rayonda həkim-ambulatoriya kompleksi, elektron avtomat telefon stansiyaları, gənclər evi inşa olunmuş və təkcə 2008-ci ildə mədəniyyət sarayı, mərkəzi kitabxana, tarix diyarşünaslıq muzeyi, N.Nərimanov adına mədəniyyət və istirahət parkı əsaslı təmir edilmişdir. Qusara son səfəriniz zamanı yeni xəstəxana binasının təməlinin qoyulması da rayon əhalisinin sağlamlığına göstərdiyiniz qayğının daha bir təzahürüdür. Dediklərim rəhbərliyiniz altında gördüyümüz işlərin yalnız bir hissəsidir.

Həqiqətən Sizin ölkə daxilində nüfuzunuz, apardığınız siyasət el arasında “insan simalı siyasət” adı almışdır. Çünki bu siyasətin əsasını insanlara qayğı təşkil edir. Sizin əhalinin sosial problemlərinin həllinə dair verdiyiniz tapşırıq və tövsiyələr hazırda respublikada elə bir sahə yoxdur ki, orada mövcud problemin həlli istiqamətində işlər görülməsin. Əhali ilə yerlərdə keçirdiyimiz görüşlər bu məsələlərdə bizə əvəzsiz kömək edir.

Sizin tapşırığınızla daim əhali arasında olur, müxtəlif sosial qrupların nümayəndələri ilə görüşür və bir sözlə, cəmiyyətin əhval-ruhiyyəsini həmişə hiss edirik. Ölkə rəhbərinin qayğısını hiss edən insanlarda qurmaq, yaratmaq əzmi durmadan artır. Ölkədə təhsil müəssisələrinin maddi-texniki təchizatına göstərilən dövlət qayğısı nəticəsində rayonda 2004-2008-ci illərdə 17 yeni məktəb binası inşa edilmiş, 8 məktəb binası əsaslı təmir olunmuşdur ki, bu işlərin əksəriyyətinin təşəbbüskarı və təşkilatçısı Heydər Əliyev Fondudur. Rayon əhalisi, ziyalılar, Sizə və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya təhsilə, övladlarımızın gələcəyinə göstərdiyiniz qayğıya görə öz minnətdarlıqlarını bildirirlər.

Zati-aliləri, icazə verin, Sizi əmin edim ki, faktiki olaraq bu gün başlanğıcına start verilən növbəti beşillik Dövlət proqramı müstəqil Azərbaycanın tarixinə inkişaf, intibah və çiçəklənmə proqramı kimi daxil olacaq və biz qusarlılar bu inkişafın önündə gedənlərin ilk sıralarında olacağıq.

Diqqətinizə görə minnətdaram.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vo Thi An Suan: Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verib

Məktəbli forması bərabərliyin, eyniliyin, səliqənin təmin olunmasıdır - Sosioloq

Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək

Laos Prezidenti: AQEM-ə tamhüquqlu üzv olmaq üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır

İnam Yusifov: İstehlakçılara müxtəlif istiqamətləri əhatə edən 18 adda xidmət göstərilir

Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar

Azərbaycandan 18 milyard kubmetrdən çox təbii qaz ixrac olunub

Türkmənistan Prezidenti: Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik

Doqquz ayda Azərbaycanda 20 milyon tonadək neft hasil edilib

Azərbaycanda ən yaxşı təcrübələr - İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib

Astanada daşımaların rəqəmsallaşdırılması və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı nəzərdən keçirilib

Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək

SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji sektorunda əməkdaşlıq imkanları dəyərləndirilib

Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb

İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib

AMB: BOKT-ların maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi planlaşdırılır

AQEM-in Zirvə Toplantısı Azərbaycanın beynəlxalq dialoq məkanı kimi mövqeyini bir daha ön plana çıxarır - ŞƏRH

Fərid Şəfiyev: Qlobal təhlükəsizlik üçün beynəlxalq və regional əməkdaşlıq gücləndirilməlidir

İradə Hüseynova: Dayanıqlı şəhərsalma ekoloji tarazlığın qorunmasını tələb edir

Emoməli Rəhmon: Yalnız qarşılıqlı ehtiram, hörmət və anlaşma ilə ortaq məqsədlərimizə nail ola bilərik

Azərbaycanlı qadın Varşava Təhlükəsizlik Forumunun nüfuzlu liderlik proqramına seçilib

Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır

Aİ Şurasının Sammitində iqtisadi rəqabətqabiliyyətlilik və təhlükəsizlik məsələləri müzakirə olunur

Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi

Sadır Japarov: Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm

Xalq artisti Ramiz Quliyevin vəfatının ildönümündə məzarı ziyarət olunub, qəbirüstü abidəsi açılıb

Qazaxıstan tranzit yükdaşımanı 2030-cu ilə kimi 67 milyon tona çatdırmağı planlaşdırır

Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm

Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər

Ər-Riyadda keçirilməsi planlaşdırılan kiberidman üzrə dünya çempionatı təxirə salınıb

Ballıca şəlaləsinin ətrafında iməcilik: 2 hektar ərazi tullantılardan təmizləndi

“Akasiya” qadın kooperativinin uğur hekayəsi

Şavkat Mirziyoyev: AQEM Asiyada qarşılıqlı etimad infrastrukturu yaratmalıdır

BDYPİ beynəlxalq sərgidə təmsil olunur VİDEO

BDYPİ beynəlxalq sərgidə təmsil olunur VİDEO

Mərkəzi Bank vətəndaşlara zəruri olmayan xərcləri qarşılamaq üçün borc götürməməyi tövsiyə edir

Politoloq: Prezident İlham Əliyevin 23 illik fəaliyyəti Azərbaycanın tarixi Zəfərini və güclü dövlət quruculuğunu təmin edib

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanın müdafiə naziri qırğızıstanlı həmkarı ilə görüşüb

Qazaxıstan Milli Akademik Kitabxanasına Azərbaycan haqqında yeni kitablar hədiyyə edilib

Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqlayıb

Prezident İlham Əliyev: Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb

Azərbaycan Prezidenti: Bizi müharibəyə Ermənistan məcbur edib

Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək

Tokayev: Azərbaycan AQEM-in mövcud geosiyasi çağırışların həllində daha fəal rol oynamasına şərait yaradır

BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq

QHT sədri: Kəlağayı qadın zərifliyinin, incəliyinin rəmzidir

NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib – YENİLƏNİB VİDEO

NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib – YENİLƏNİB VİDEO

Prezident: BMT TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək

Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb

Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub

Natiq Məmmədli: Qarabağda aparılan quruculuq işlərinin obyektiv işıqlandırılması medianın əsas vəzifələrindəndir

“Ər-Riyad” qəzetində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35 illiyinə həsr olunmuş məqalə dərc edilib

Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb

Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb

Prezident: Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir

Ekspertlər: AQEM-in Bakı Zirvə Toplantısı Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNƏCƏK

Ukraynalı uşaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan xoş təəssüratlarla ayrılıblar

Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO

Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO

Rusiyanın Ryazan vilayətində neft emalı zavoduna dron hücumundan sonra yanğın baş verib

Beynəlxalq ekspert: İşəgötürənlər olmadan dəstəklənən məşğulluq modelini həyata keçirmək mümkün deyil

Hikmət Babaoğlu: Qarabağ yaddaşı yalnız emosional ağrı ilə məhdudlaşmamalıdır VİDEO

Hikmət Babaoğlu: Qarabağ yaddaşı yalnız emosional ağrı ilə məhdudlaşmamalıdır VİDEO

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

“The Telegraph”: Britaniyalıların yarısı öz ölkələri uğrunda döyüşmək istəmir

Prezident İlham Əliyev: Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır

Mərkəzi Bank: Azərbaycanda ortasəviyyəli təmərküzləşmə müşahidə olunur

Siyasi uzaqgörənlikdən tarixi Zəfərə doğru MƏQALƏ

Banklardan kredit götürən şəxslər üçün işsizlikdən sığortanın məcburi tətbiqi nəzərdə tutulur

Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

Əminə Məlikova: Kəlağayı Azərbaycan qadınını sosial mənsubiyyətindən asılı olmayaraq bərabərləşdirən rəmzdir

Bu saata olan əsas xəbərlər

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO

Vətən müharibəsinin xronikası: 15 oktyabr

Parisdə Azərbaycanın mədəniyyəti və turizm potensialı fransız mütəxəssislərə təqdim olunub

“Rəqəmsal rabitə” informasiya sistemi haqqında ƏSASNAMƏ

“Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanda İslam maliyyəsi mexanizmlərinin tətbiqini məqsədilə normativ-hüquqi akt layihələri hazırlanıb

İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur

SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb

Həsrətdən qayıdışa: 33 ildən sonra doğma kənddə yenidən başlayan həyat

Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək

AMB: Altı ayda maliyyə sektorunun aktivləri 65 milyard manata çatıb

Rusiya İranda Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlamağı planlaşdırır

bp-nin nümayəndəsi: İnklüzivlik yalnız sosial məsuliyyət deyil, həm də bizim dəyərimizdir

Azərbaycan Yaponiyanın məşhur “VIVANT” serialının ikinci mövsümündə geniş təqdim olunacaq

AMEA-nın müxbir üzvü: Şəhərlərin inkişafında ekoloji tarazlığın qorunması vacibdir

Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir

Aqrar Süni İntellekt layihəsi çərçivəsində həllərin tətbiqi genişləndiriləcək

"AzerGold" QSC-nin nümayəndəsi: Əsas məqsəd peşəkar inkişaf üçün yararlı imkanların təmin edilməsidir

Balakəndə səyyar tibbi aksiya çərçivəsində 574 nəfərə ödənişsiz xidmət göstərilib

ÜST: Qurğuşunun mənfi təsirindən hər il 3,5 milyondan çox insan dünyasını dəyişir

Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb

Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq

Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib

Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər