Qusar rayonunda təbii fəlakətin fəsadları aradan qaldırılır
Qusar, 20 iyun (AZƏRTAC). İyunun 19-da günorta saatlarında Qusar rayonu ərazisində başlanan güclü leysan yağışlar bir sıra fəsadlar törətmişdir.
AZƏRTAC xəbər verir ki, Qusar şəhərində sel sularının kanalizasiya xətlərini çınqılla doldurması nəticəsində sistemdə problemlər yaranmış, 15 evin zirzəmisinə su dolmuşdur.
Təbii fəlakət nəticəsində şəhərin Azadlıq və M.Əbilov küçələrini birləşdirən yeni körpünün sol yamacı yuyulmuş, səki hissəsi dağılmışdır.
Bundan əlavə, ağacların yüksək gərginlikli elektrik xəttinin üzərinə aşması nəticəsində 4 kəndə elektrik enerjisi verilişi müvəqqəti dayandırılmışdır.
Hazırda rayonda təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]