QUSARDA SÜNİ ÖRTÜKLÜ MEYDANÇA İSTİFADƏYƏ VERİLİB
Bakı, 10 avqust (AZƏRTAC). Yeniyetmə və gənclər arasında futbola marağın artırılması, kütləviliyin artırılması məqsədi ilə AFFA tərəfindən respublikanın müxtəlif bölgələrində süni örtüklü meydançalar inşa olunur. Belə meydançalardan biri də Qusar rayonunda istifadəyə verilib. Şövkət Orduxanov adına stadionun ərazisində inşa olunmuş süni örtüklü meydançanın açılış mərasimində AFFA-nın, Regional Futbol Federasiyaları İctimai Birliyinin, Qusar rayon İcra Hakimiyyətinin, gənclər və idman idarəsinin nümayəndələri iştirak ediblər. Rəsmi açılış mərasimi başa çatdıqdan sonra 11-12 yaşlı uşaqlardan ibarət «Xaçmaz» və «Şahdağ» komandaları arasında oyun keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]