QUYULARDA GEOLOJİ-TEXNİKİ TƏDBİRLƏR HƏYATA KEÇİRİLƏCƏK
Azərbaycan Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, neft və qaz hasilatını artırmaq məqsədi ilə quyularda aparılacaq geoloji-texniki tədbirlərin planı hazırlanmışdır. Plana görə, bütün neft və qazçıxarma idarələri üzrə ümumən 730 tədbir həyata keçirmək, proqnozdan əlavə 265 min 407 ton neft çıxarmaq nəzərdə tutulmuşdur.