COP29
Qvineya rəsmisi: COP29-da inkişaf etməkdə olan ölkələrin öhdəliklərini yerinə yetirəcəyinə ümid edirik
Bakı, 22 noyabr, AZƏRTAC
“COP29-da inkişaf etməkdə olan ölkələrin öhdəliklərini yerinə yetirəcəyinə ümid edirik”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Qvineyanın Ətraf Mühit və Davamlı İnkişaf Nazirliyinin rəsmisi Kadyatu Daleyn Diallo deyib.
O, Bakıda COP-un təşkilatçılığına çox heyran qaldığını bildirib: "Həqiqətən, təşkilatçılıq mükəmməldir. Düzgün istiqamətləri göstərmək üçün kifayət qədər insan cəlb edilib. Hər şey yaxşı qaydada təşkil olunub. Biz bunu bəyəndik, şəhər təmizdir, əhali qonaqpərvərdir. Bir sözlə, hər şey çox gözəldir".
Diallo COP29-dan gözləntilərini də açıqlayıb: "Mənim gözləntilərim əksər Afrika ölkələrinin gözləntiləri kimidir. Biz iqlim dəyişikliyi nəticəsində yaranan itkilər və zərərlər üçün çoxlu maliyyə vəsaiti əldə etməyi ümid edirik".