RABİTƏ XİDMƏTLƏRİNİN HƏCMİ 25,8 FAİZ ARTMIŞDIR
Cari ilin yanvar ayında Azərbaycanın rabitə bölməsində fəaliyyət göstərən müəssisələri hüquqi və fiziki şəxslərə faktiki qiymətlərlə 34,1 milyon AZN məbləğində xidmət göstərmişlər ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 25,8 faiz çoxdur.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, xidmətlərin 26,1 faizi dövlət, 73,9 faizi qeyri-dövlət rabitə müəssisələri tərəfindən göstərilmişdir. Xidmətlərin 78,3 faizindən əhali istifadə etmişdir.