RABİTƏÇİLƏRİN REGİONAL TƏŞKİLATINDA MÜZAKİRƏ EDİLMİŞDİR
Bakıda rabitə sahəsində Regional Əməkdaşlıq Təşkilatı (RƏT) elektrik rabitəsi operatorları şurasının və təşkilatın elektrik rabitəsi üzrə komissiyasının birgə iclası keçirilmişdir. Rusiya, Ukrayna, Belorusiya və Qırğızıstanın, eləcə də RƏT nümayəndələrinin iştirak etdikləri bu tədbirdə Azərbaycanı Rabitə Nazirliyinin “Aztelekom” İstehsalat Birliyi təmsil etmişdir.
İki gün davam edən iclasda elektrik rabitəsi operatorları arasında təcrübə mübadiləsi aparılmış, MDB çərçivəsində teleqraf rabitəsi xidmətlərinə görə qarşılıqlı hesablaşma əmsalı ilə bağlı mülahizələr söylənmiş, RƏT-in maliyyələşdirilməsi və digər məsələlər barədə müzakirələr getmişdir.
Tədbir iştirakçıları Bakının tarixi abidələri və görməli yerləri, rabitə müəssisələrinin işi ilə tanış olmuş, Şəhidlər xiyabanını ziyarət etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:50]
Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]
® “Samsung Micro RGB”: yeni nəsil arxa işıqlandırma texnologiyası nə verir?
- 22.09.2026 [16:26]