Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rafael Hüseynov: Dünyanın hər yerində mətbuatın problemləri oxşardır

Bakı, 25 iyun, AZƏRTAC 

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) mətbuatın müxtəlif problemləri, ifadə azadlığı, jurnalistika məsələləri mütəmadi olaraq diqqətdə saxlanılan mövzulardandır. Qurumun yay sessiyası da bu baxımdan istisna təşkil etmədi. Sessiyanın iyunun 24-də keçirilən üçüncü iş günündə kütləvi informasiya vasitələri və internetin aktual məsələləri ilə bağlı iki məruzənin müştərək müzakirələri keçirilib.

AZƏRTAC xəbər verir ki, həmin müzakirələrə qatılan Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov ölkəmizdə mətbuatın inkişafı ilə əlaqədar əldə edilmiş uğurlardan danışıb. O, mətbuatın bir çox problemlərinin uzunömürlü olması, sadəcə zamana görə şəklini dəyişməsi məqamına diqqət yönəldərək deyib: “Dünya dəyişir, amma artıq lap çoxdan həyatımızın vacib, ayrılmaz bir hissəsinə çevrilmiş mətbuatın yerinə yetirməli olduğu ali vəzifə və prinsiplər olduğu kimi qalır. Bu da həqiqətə xidmət etmək, doğru, insaflı, ədalətli, obyektiv olmaq, mənəvi dəyərlərə sadiq qalmaqdan ibarətdir. Lakin bu vəzifələr zaman dəyişdikcə sabit qaldığı kimi, mətbuatı müşayiət edən problemlər də daim onunla yanaşı addımlayır. Bu problemlərin bir qismini jurnalistə və mətbuata qarşı onun prinsipiallığına görə kənardan yaradırlar, bəzilərini də müəyyən hallarda mətbuat və jurnalistikanın kifayət qədər peşəkar olmaması və qərəzli, həqiqətləri təhrif edən mövqeyinə görə özü-özü üçün yaradır.

Azərbaycan bir ay sonra özünün ən əlamətdar bayramlarından birini qeyd edəcək. Düz 140 il əvvəl iyulun 22-də Azərbaycanın ilk qəzeti nəşr edilib və həmin tarix indi bizdə hər il mətbuat günü kimi bayram edilir. Üstəlik bu il həm də yubiley ilidir və həmin nəşri indi vərəqləyərkən bu günlə səsləşən bir sıra ibrətli məsələlərlə qarşılaşırsan. Həm də 140 il əvvəl olanlarla bu gün heyrətli şəkildə yaxın görünən məsələlərin böyük qismi daim haqqında fikir mübadilələri apardığımız ifadə azadlığı, müxtəlif növ senzuralar, siyasi və mənəvi qadağalar, peşəkarlıq problemləri, jurnalistin təhlükəsizliyi kimi istiqamətlərlə əlaqədardır. İlk Azərbaycan qəzeti “Əkinçi” adlanırdı və bu sözün mənası əkən, becərən deməkdir. Əslində fəlsəfəsinə dalınırsa, hər bir qəzet millət əkinçiliyi ilə məşğul olur, kütlələrin şüurlarında yeni nələrisə yetişdirmək vəzifəsini daşıyır. Lakin bu qəzetə o dövrdə həmin adın verilməsində artıq bir siyasi məhdudlaşdırmanın əlaməti vardı. Qəzeti xəbərdar etmişdilər ki, yalnız elə əkin-biçindən, kənd təsərrüfatından yazsın. Həmin qəzeti çıxaranların, ilk növbədə nəşrin banisi Həsən bəy Zərdabinin isə məramı hər şeydən yazmaq, maarifçilik missiyasını yerinə yetirmək, xalqı həqiqətlərdən hali etmək, gözləri açmaq idi. Müasir dövrdə belə cəsarətli addımlara görə bəzən jurnalistləri hədələyir, təqib edir, döyür, qətlə yetirirlər. O vaxt da vəziyyət təxminən eyni idi. O çağlar həmin qəzetə həm yuxarıdan, həm aşağıdan açıq və gizli təzyiqlər var imiş. Elə indi də mətbuat bir sıra ölkələrdə həm rəsmi siyasi dairələrin, həm böyük iqtisadi gücə malik çevrələrin, eləcə də məsələlərə öz baxışı olan kütlənin açıq təzahür edən və aşkarda görünməyən senzurası ilə üz-üzədir. Bunlara etinasız qalmaq isə mümkünsüzdür. Çünki dərhal o tərəflərin hər birinin reaksiyalarını bilavasitə hiss edəcəksən. Həsən bəy Zərdabi 140 il əvvəl haqqında yazılan təhqiramiz ifadələri bir daşın üzərində həkk edərək yol kənarında qoymağı məsləhət bilirdi ki, gələcək nəsillərə görk olsun, onlar babalarının hansı çətinliklər çəkdiyini görsünlər və özləri belə hallarla qarşılaşmasınlar. O təzyiqlərə imza atan babaların nəvələri və nəticələri bu gün yenə qələm sahibi olan başqa babaların nəvə-nəticələrinə qarşı eyni əməlləri törətməkdə davam edirlər, özü də təəssüf ki, dünyanın hər yerində, bir yerdə az, bir yerdə çox, amma hər yerdə. Sadəcə zamana görə üsullar, formalar dəyişib. Jurnalistika yenə riskli peşə olmaqda davam edir və belə görünür ki, hələ bu şəkildə qalmaqda da xeyli davam edəcək”.

Rafael Hüseynov Assambleya üzvlərinin diqqətini cəlb edən maraqlı bir təklif də irəli sürərək bildirib: “Bu günün şərtləri və texnoloji imkanları çərçivəsində jurnalisti və jurnalistikanı qorumağın yollarından biri kimi peşə həmrəyliyini artırmağı, bütün dünyada olmasa da, heç olmazsa, öz qitəmizdə - Avropada bu qəbildən olan hər hadisəyə dərhal reaksiya verməyi, həmrəylik nümayiş etdirməyi zəruri sayıram. Bunun həlli üçün Avropa Şurası bir gərəkli işi gerçəkləşdirə bilər. Avropa Şurası Nazirlər Komitəsi və Parlament Assambleyasının mədəniyyət, elm, təhsil və media komitəsinin təşkilatçılığı ilə burada - Avropanın rəmzi paytaxtlarından olan Strasburqda “Avropa jurnalistikası” adlı bir elektron jurnalın buraxılışına başlamaq olar. Bu 47 üzv ölkədəki jurnalistlərin həm təmas, həm özünüifadə məkanına çevrilər, həm peşəkarlığın artırılması üçün bir laboratoriya rolunu oynayar, həm də ölkələrimizin jurnalistika həyatı barədə bilgilərin ani olaraq bir-birimizə çatması üçün münasib meydana çevrilər. Həmin elektron nəşrdə müştərək, ümumi səciyyəli bölmələrdən savayı hər üzv ölkə üçün ayrıca daimi səhifələr də ayırmaq, özünütəqdimi onların öz ixtiyarına buraxmaq da əhəmiyyətli nəticələr doğura bilər. Bu elektron nəşr ölkələrimizin jurnalistika həyatının problemləri ilə bağlı əyani və qiyabi müzakirələrin keçirilməsi üçün də əlverişli körpü ola bilər”.

Deputat Rafael Hüseynovun irəli sürdüyü təklifin böyük fayda verə biləcəyi nəzərə alınaraq onun həyata keçirilməsi yolunda mədəniyyət, elm, təhsil və media komitəsində konkret işlərin görülməsinə başlamaq qərara alınıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı istiqamətində mühüm işlər həyata keçirilir - ŞƏRH

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

bp “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırıb

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb

Orta Dəhliz boyunca 14 terminal tikiləcək

Ankaradakı iclasda Azərbaycanda ixracın artırılmasında maliyyə alətlərinin rolundan danışılıb

Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb

Hesablama Palatasında 2027-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunub

Dünya miqyasında məlumat mərkəzlərinin sayı 12 min 259-a yüksəlib

Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir

“ADEX 2026”: Azərbaycanın hərbi sənaye potensialının dünyaya təqdimatı – ŞƏRH

Elmir Babayev: Gənc alimin elmi profili mütəmadi yenilənməli, tədqiqat maraqları aydın təqdim olunmalıdır

Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir

“Aspides” missiyası Qırmızı dənizdə 260 gəminin mühafizə və müşayiət tələb etdiyini açıqlayıb

Daniyar Sadvakasov: Xoca Əhməd Yəsəvinin təlimi türk dilinin qorunmasında mühüm rol oynayıb

Bal arısının mikrosporidial xəstəliyinə qarşı bitki ekstraktlarının təsiri araşdırılacaq

Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb

Azərbaycanın müdafiə sənayesində nailiyyətləri hərbi-texniki potensialı gücləndirir – ŞƏRH

İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir

Aqrar Sığorta Fondu: Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib

Azərbaycanın və Gürcüstanın Ali məhkəmələri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstan ali təhsildə təcrübə mübadiləsini genişləndirir

Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

İlk IELTS cəhdində istədiyi nəticəni ala bilmədi, ikinci cəhddə 7.0 topladı - Dövlət Proqramının qalibi

Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir

Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Bakı və Abşeronda fəaliyyət göstərən təsərrüfat subyektlərində aksizli malların dövriyyəsi ilə bağlı nöqsanlar aşkarlanıb

ARKA-da dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin pitçinqinin birinci mərhələsi reallaşıb

Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb

“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir

Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək

Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək

Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib VİDEO

Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək

Azərbaycanlı alim Çində beynəlxalq forumda Konfutsinin pedaqoji düşüncələrindən danışıb

® Azərbaycanda heyvandarlıq genetikası və reproduktiv biotexnologiya üzrə regional mərkəz yaradılacaq

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır

Dünya çempionu olan millinin baş məşqçisi: Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir

Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır

Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb