Rafael Nadal on dördüncü dəfə Roland Garros turnirinin qalibi olub
Bakı, 5 iyun, AZƏRTAC
İspaniyalı tennisçi Rafael Nadal on dördüncü dəfə Roland Garros (Fransa açıq çempionatı) turnirinin qalibi olub.
AZƏRTAC xəbər verir ki, turnirin favoriti sayılan Rafael Nadal finalda norveçli rəqibi Kasper Ruud üzərində inamlı qələbə qazanıb - 6:3, 6:3, 6:1. Bu, ispan tennisçinin “Böyük dəbilqə” seriyasından iyirmi ikinci, o cümlədən Roland Garros turnirində on dördüncü qələbəsidir. O, iki dəfə Australian Open, iki dəfə Uimbldon, dörd dəfə isə US Open turnirində qalib gəlib.
Otuz altı yaşlı Rafael Nadal “Böyük dəbilqə” turnirlərində qazandığı qələbələrin sayına görə dünya rekordçusudur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [22:46]
“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]