Rahman Qurbanmuradov: Bakı görüşü xalqlarımız üçün faydalı olacaq VİDEO
Bakı, 14 sentyabr, AZƏRTAC
Tarix boyu xalqlarımız arasında qardaşlıq münasibətlərinin möhkəm kökləri olub. Həmin köklər şəhərlərimizə yayılıb, dini dəyərlərimiz, ölməz mədəniyyətimiz, adət-ənənələrimiz və dillərimizin bir-birinə yaxınlığı qardaşlığımızın əsas əlamətlərindən olub.
AZƏRTAC xəbər verir ki, bunu Türkmənistan Müsəlmanları Ruhani İdarəsinin yeni seçilmiş sədri, müfti Rahman Qurbanmuradov Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərlərinin 7-ci görüşündə çıxışı zamanı deyib.
"Türk xalqlarının dini rəhbərlərinin bir-birinə daha yaxından yaxınlaşması, qarşılıqlı əlaqələrimizi və əməkdaşlığımızı möhkəmləndirməsi, mövcud məsələləri birlikdə həll etməsi əsas məqsədlərdən biridir. Mən inanıram ki, bu görüş türk xalqları üçün faydalı olacaq”, - deyə o əlavə edib.