İDMAN
“Rapid”-“Dinamo” oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək
Bakı, 2 dekabr, AZƏRTAC
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək oyuna təyinat alıb.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, Əliyar Ağayev “Rapid” (Avstriya) - “Dinamo” (Minsk, Belarus) matçının baş hakimi olacaq.
Ona həmyerliləri Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Əlavə köməkçi hakimlər funksiyasını Rəhim Həsənov və Orxan Məmmədov yerinə yetirəcəklər.
Qarşılaşmanın dördüncü hakimi isə Mübariz Haşımov olacaq.
Qeyd edək ki, “Rapid”-“Dinamo” futbol oyunu dekabrın 10-da Vyanadakı “Ernst Happel” stadionunda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [15:13]
Asim Xudiyev Konfrans Liqasının oyununa təyinat alıb
- 28.06.2024 [14:54]
Azərbaycan millisinin baş məşqçisi klubundan ayrılıb
- 28.06.2024 [14:31]
Qubada keçiriləcək beynəlxalq basketbol turnirinin iştirakçıları dəqiqləşib
- 28.06.2024 [12:57]
Azərbaycan gimnastları beynəlxalq turnirdə iştirak edəcəklər
- 28.06.2024 [12:17]
“Neftçi” daha bir futbolçu ilə vidalaşıb
- 28.06.2024 [12:06]
“Sumqayıt” klubu sabiq futbolçusunu geri qaytarıb
- 28.06.2024 [11:58]