Rauf Məmmədov Avropa çempionatında liderlər qrupunda qərarlaşıb
Bakı, 31 avqust, AZƏRTAC
Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatının beşinci turunun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, qitə birinciliyinin beşinci turunda Rauf Məmmədov turnir cədvəlinin lideri Robert Hovanesyan (Ermənistan) ilə üz-üzə gəlib. Ağ fiqurlarla rəqibinə qarşı mübarizə aparan şahmatçımız qarşılaşmanı qələbə ilə başa vurub. Xalların sayını 4,5-ə çatdıran R.Məmmədov liderlər qrupunda qərarlaşıb. Digər şahmatçılarımızdan Nicat Məmmədov Tarun Kanyamarala (İrlandiya), Nicat Abbasov Luka Nudesavlyeviç (Serbiya), Read Səmədov Tor Mari Aron (İslandiya) üzərində qələbə qazanıblar. Şahmatçılarımızdan yalnız Aydın Süleymanlı rəqibi Ventura Souzaya (Portuqaliya) uduzub.
Qeyd edək ki, 5 turdan sonra şahmatçılarımız N.Məmmədov 4, N.Abasov 3,5, A.Süleymanlı, R.Səmədov 2,5 xal toplayıblar.
İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]