RAZILAŞMA SƏNƏDLƏRİ BAKIDA İMZALANACAQDIR
Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev AZƏRTAC-ın müxbirinə demişdir ki, qurumlar arasındakı danışıqlar uğurla nəticələnmişdir. Bu yaxınlarda şirkətin mütəxəssisləri Londonda AYİB-in ekspertləri ilə görüşərək, məsələni bir daha ətraflı müzakirə etmiş və razılığa gəlmişlər. Artıq bank şirkətə 170 milyon dollara yaxın aşağı faizli kredit verməyi planlaşdırır. Kredit şərtləri bizi qane edir. Dünya təcrübəsinə əsasən, əvvəlcə, şirkətin maliyyə və mühasibat hesabatları banka təqdim olunmalıdır. Biz bu məsələni tezliklə həll edəcəyik.
Gələn ayın əvvəllərində Bakıda ARDNŞ-lə AYİB arasında yekun sənədlərinin imzalanacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:57]
Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb
- 01.10.2026 [17:39]
Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK
- 01.10.2026 [17:26]