Rəcəb Tayyib Ərdoğan Monteneqronun yeni prezidentini təbrik edib
Podqoritsa, 8 aprel, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Monteneqroda keçirilən prezident seçkilərində qalib gələn Yakov Milatoviçə təbrik məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan məktubunda Türkiyə və Monteneqronun son illərdə ikitərəfli münasibətlərdə əldə etdiyi sürəti inkişafı daha da gücləndirmələrini arzulayıb.
Yakov Milatoviçə yeni vəzifəsində uğurlar arzulayan Türkiyə Prezidenti Monteneqronun onun prezidentliyi dövründə Balkan regionunda sülh, sabitlik və firavanlığa töhfə verəcəyini əminliyini ifadə edib.
Xatırladaq ki, Monteneqroda aprelin 2-də keçirilən seçkilərin ikinci turunda sabiq iqtisadiyyat naziri, Avropa Hərəkatının rəhbəri 37 yaşlı Yakov Milatoviç seçicilərin 58,88 faizinin səsini toplayaraq ölkənin səkkizinci prezidenti olub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]