Rəcəb Tayyib Ərdoğan: Ötən il Türkiyənin ixracatı 12,9 faiz artıb
Ankara, 2 yanvar, AZƏRTAC
Qlobal problemlərə baxmayaraq, ötən il Türkiyənin ixracatı 2021-ci illə müqayisədə 12,9 faiz artaraq 252,2 milyard dollara çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
Dövlət başçısı diqqətə çatdırıb ki, istehsalın və ixracın artmasına həyata keçirilən düzgün siyasət nəticəsində nail olunub. İyirmi il əvvəl Türkiyənin ixracatının cəmi 36 milyard dollar olduğunu və hazırda bu rəqəmin 7 dəfə artdığını deyən Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, hədəf Türkiyəni dünyanın ən böyük 10 ixracatçı ölkəsi sırasına daxil etməkdir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]