SİYASƏT
Referendumla əlaqədar Əbu-Dabidə səsvermə 97,3 faiz seçici fəallığı ilə başa çatıb
Əbu-Dabi, 26 sentyabr, АZƏRTAC
Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyində ümumxalq səsverməsi (referendum) 97,3 faiz seçici fəallığı ilə başa çatıb.
Vətəndaşlarımız diplomatik missiyamızda yaradılan seçki məntəqəsinin açıldığı səhər saat 08:00-dan etibarən səsvermə prosesində fəal şəkildə iştirak ediblər. Soydaşlarımızın 97,3 faizi şəffaf və demokratik ab-havada səsvermə hüquqlarından istifadə ediblər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi