Region gəncləri arasında sağlam həyat tərzi təbliğ olunur
Bakı, 6 noyabr (AZƏRTAC). Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində “Regionlarda yaşayan gənclər arasında sağlam həyat tərzinin təbliği və reproduktiv sağlamlıq sahəsində maarifləndirmə işinin genişləndirilməsi” layihəsini həyata keçirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, layihənin məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, onların zərərli adətlərin aradan qaldırılması, şəxsi gigiyena, rasional qidalanmanın təbliği, HİV və hepatitlərlə bağlı maarifləndirilməsidir.
Layihənin Şəmkirdə keçirilməsi planlaşdırılır.
Layihə çərçivəsində həkimlər və hüquqşünaslar tərəfindən yuxarı sinif şagirdləri və gənclər üçün reproduktiv sağlamlıq, HİV və hepatit B, C ilə bağlı seminarların keçirilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]