REGİONAL FUTBOL ASSOSİASİYALARI İCTİMAİ BİRLİYİNİN RƏHBƏRLƏRİ İMİŞLİDƏ KƏND FUTBOLÇULARI İLƏ GÖRÜŞMÜŞLƏR
İmişli, 12 avqust (AZƏRTAC). Regional Futbol Assosiasiyaları İctimai Birliyinin rəhbərləri İmişlinin Soltanmuradlı kəndində yeniyetmə futbolçularla görüşmüşlər.
Birliyin prezidenti İskəndər Cavadov kəndin yeniyetmə futbolçularını salamlayaraq, onlara 23 futbol topu və geyim forması hədiyyə etmişdir.
Qurumun vitse-prezidenti Maşallah Əhmədov futbol barədə fikirlərini bölüşmüşdür.
Soltanmuradlılı gənclər Azərbaycan futbolunun canlı əfsanələri olan İskəndər Cavadov və Maşallah Əhmədovla görüşlərindən dərin məmnunluq duyduqlarını söyləyərək, bu hadisəni heç zaman unutmayacaqlarını söyləmişlər.
Görüş "MKT Araz” futbol klubu Məhdud Məsuliyyətli Cəmiyyəti və Soltanmuradlı kəndi yeniyetmə futbolçularının yarışı ilə davam etmişdir. Oyun 1:1 hesabı ilə nəticələnmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]