REGİONLARDA UŞAQ ƏMƏYİ İLƏ BAĞLI SORĞU KEÇİRİLMİŞDİR
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası “Uşaq əməyinin aradan qaldırılmasında işəgötürənlərin rolu” layihəsi çərçivəsində pambıqçılıq rayonlarında sorğu keçirmişdir.
Konfederasiyadan AZƏRTAC-a bildirmişlər ki, sorğu vasitəsilə uşaqların iş və yaşayış şəraiti, uşaq əməyindən istifadə edilməsində işəgötürənlərin rolu, həmçinin məktəbin və valideynlərin bu məsələyə münasibəti öyrənilmişdir.
Layihə Beynəlxalq Əmək Təşkilatının proqramı çərçivəsində həyata keçirilir.