Rektor: Ali təhsilin təşkilinin ən yeni forması multiuniversitetdir
Bakı, 28 iyun, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov feysbukdakı səhifəsində Qarabağ Universiteti ilə bağlı paylaşım edib.
AZƏRTAC xəbər verir ki, rektor paylaşımda ali təhsilin təşkilinin ən yeni formasının multiuniversitet olduğunu bildirib.
Rektor qeyd edib ki, ali təhsilin təşkilinin ən yeni forması artıq tətbiq coğrafiyasını genişləndirir. Yeni olan bu forma multiuniversitetdir. Multiuniversitet həm müxtəlif universitetlərin (Qarabağ Universiteti timsalında ancaq xarici universitetlərin olması məqsədəuyğundur!) birgə layihəsi kimi və həm də müxtəlif təhsil pillələrini (peşə təhsili, kollec, universitet) özündə birləşdirən yeni bir sistemdir. Burada 1 illik, 2 illik və 4 illik proqramlar əsasında təhsil verilir və bu proqramların birindən digərinə keçid mümkün olur. Qarabağ Universitetinin yaradılması zamanı multiuniversitet modeli də müzakirə oluna bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:53]
İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur
- 15.10.2026 [11:16]
Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium
- 15.10.2026 [10:59]
Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatı əldə edib
- 15.10.2026 [10:59]
AzTU-nun müəllimi Macarıstan universitetində tələbələrə mühazirə oxuyub
- 15.10.2026 [10:47]
ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib
- 15.10.2026 [10:32]
AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir
- 14.10.2026 [19:41]