ELM VƏ TƏHSİL
Rektor: UNEC-də SABAH qruplarına çox önəm veririk
Bakı, 3 dekabr, AZƏRTAC
SABAH layihəsinin universitetlərdə olması uğurlu təşəbbüsdür. Bu ideyanın sahibləri belə bir uğurlu ilkə imza atmaları ilə qürur duya bilərlər. Bu model təhsil sistemini gücləndirir və SABAH növbəti 10 ilə daha da güclənəcək.
AZƏRTAC xəbər verir ki, bunu UNEC rektoru Ədalət Muradov SABAH tələbə-məzun forumu və karyera sərgisində deyib.
O bildirib ki, SABAH modeli universitet daxilində təhsilin diferansiyallaşdırılmasıdır, belə təcrübələr çox azdır: “UNEC-də SABAH qruplarına çox önəm veririk. Hesablamalarımıza görə, SABAH-ın UNEC məzunlarının 100 faizi işlə təmin olunur”.
Ədalət Muradov bildirib ki, bu gün SABAH qruplarında təhsil verən müəllimlərin 38 faizi UNEC müəllimləridir: “SABAH məzunları praktiki sahədə də seçilirlər, həmçinin 73 və 74-cü Astronavtka konqreslərində uğur əldə ediblər”.