R.Ə.MEHDİYEVİN “İSTİQLAL” ORDENİ İLƏ TƏLTİF EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə və dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə Ramiz Ənvər oğlu Mehdiyev “İstiqlal” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 aprel 2008-ci il.