Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rəmzi Ələkbərov: Əsas hədəfim insanlara təbəssüm bəxş etməkdir

Rəmzi Ələkbərov: Əsas hədəfim insanlara təbəssüm bəxş etməkdir

Bakı, 19 sentyabr, G.Alıyeva, AZƏRTAC

AZƏRTAC Azərbaycanın məşhur blogerləri ilə müsahibələr silsiləsini davam etdirir. Növbəti həmsöhbətimiz bloger, stend-up komediyaçısı Rəmzi Ələkbərovdur.

Rəmzi Ələkbərov Azərbaycanda uğurlu bloger və gülüş ustalarından biridir. O, videolarında hər gün rastlaşdığımız insanların - istər qonşu, istər sərt xasiyyəti olan əmi, istərsə də təsadüfi yoldan keçənlərin canlı obrazlarını yaradır. Rəmzi AZƏRTAC-ın müxbiri ilə söhbətində necə uğur qazanmasından bəhs edib, komediya ustası olmaq istəyənlərə bəzi məsləhətlər verib.

- Rəmzi, bloqunuza nə ilə başladınız?

- Blogerlik fəaliyyətimə hələ 2014-cü ildə, qısa videolar çəkdiyim vaxtlarda başlamışam. Mən o vaxt tələbə idim, musiqi təhsili alsam da, həmişə stand-up və komediyaya həvəs göstərirdim. Bu janrda özümü sınamaq istəyim vardı. Nəticələr əvvəlcə birmənalı olmasa da, səhnədə çıxış etməyə davam etdim. Bu on il ərzində çox şey dəyişdi və mən indi sosial mediada əvvəlkindən daha çox fərqlənirəm.

- Videolarınız üçün ideyalar necə yaranır? Bu kortəbii prosesdir, yoxsa əvvəlcədən düşünülmüş strategiya?

- İdeyalar çox vaxt gündəlik həyatda müşahidələr nəticəsində yaranır. Hər gün qarşılaşdığımız vəziyyətlərdə ilham mənbəyi tapıram. Parodiyalar müxtəlif ola bilər: bəzən tanıdığınız birindən, bəzən də tamamilə yad adamlardan. Mənim vəziyyətimdə bunlar ümumiyyətlə gündəlik həyatda gördüyüm insanların - satıcılar, yoldan keçənlər, taksi sürücüləridir (onların yaşlı və ya gənc olmasının fərqi yoxdur). Onları müşahidə edirəm və bu insanlara məxsus xüsusiyyətləri tamaşaçılara çatdırmağa çalışıram. Nəticədə tamaşaçılarda maraq yaradıram, çünki onlar hər gün qarşılaşdıqları hadisələrin parodiyasına tamaşa edirlər. Təbii ki, bəzən ideyalarım tükənir və sonra aktiv şəkildə yeni personajlar axtarmağa başlayıram. Amma elə olur ki, gözlənilmədən arzulanan obraz yaranır və sonra uğurlu parodiya alınır.

- Yaradıcılıq böhranlarının və ideya tükənməsi sindromunun öhdəsindən necə gəlirsiniz?

- Bəzən emosional və yaradıcılıq baxımından özünü çarəsiz hiss edirsən. Belə vaxtlarda sadəcə görünmək üçün video çəkməməyə çalışıram. Bəzən ara vermək və özünü bərpa etmək üçün müəyyən vaxta ehtiyacın olur. Belə ki, 10-15 gün video çəkməyə bilərsən və bu müddət ərzində yeni ideyalar axtarırsan. Başınız gündəlik işlərdən ayıldıqda, yeni fikirlər və obrazlar daha asan gəlir.

- Stand-up komediya üslubunda fəaliyyətiniz necə başladı? Səhnədə gücünüzü sınamağa sizi ruhlandıran hansı amillər oldu?

- İlk stand-up çıxışım tələbəlik illərinə, məzun olduğum vaxtlara təsadüf edib. Onda mən artıq parodiyalarımla tanınırdım və təşkilatçılar məni bir tədbirə dəvət etdilər. Çıxış üçün 15 dəqiqə vaxt verildi və o vaxtdan bu, mənim yaradıcılıq həvəsimə çevrildi. Həmin tamaşa məndə fəaliyyətimə etmək istəyi yaratdı və bundan sonra müntəzəm olaraq səhnəyə çıxmağa başladım.

- Stand-up üçün hansı mövzular sizə daha yaxındır?

- Həmişə çox müşahidəçi insan olmuşam. Elə indi də, bizim söhbətimiz əsnasında artıq zehni olaraq parodiya üçün istifadə oluna biləcək obrazlar qururam. İnsanların davranışlarında incə detallara diqqət yetirirəm və bəzən bir jestdən onların səsinin necə olacağını deyə bilirəm. Bu müşahidələr sayəsində obrazlarım stereotip görünmür, əksinə, maraqlı olur.

- Çəkiliş və məzmun üzərində iş prosesindən sonra necə dincəlir və enerjinizi bərpa edirsiniz?

- Sükutu və tənhalığı sevirəm. Bəzən yeni mövzular, obrazlar yaradaraq gecə saatlarına qədər işləməyə davam edirəm. Amma hər kəsdə olduğu kimim, mənə də enerjimi bərpa etmək, dostlarla ünsiyyətdə olmaq üçün vaxt lazımdır. Tamaşaçıların sevgisi və diqqəti də mənə böyük ilham verir. İndi də yaradıcılığımdan danışanda dincəlirəm. Yaradıcılığımla bağlı fikirlərimi bölüşmək mənim üçün böyük sevincdir.

- Ölkəmizdə blogerliyin vəziyyətini necə qiymətləndirirsiniz?

- Məncə, ölkəmizdə bu sahə çox yaxşı inkişaf edir. Tez-tez başqa blogerlərin mənim haqqında düşünmədiyim mövzulara toxunduqlarını görürəm və zənn edirəm ki, bu, vacib cəhətdir. Hər bir blogerin öz üslubu və təqdimatı var ki, bu da məzmunu rəngarəng və maraqlı edir. Sosial şəbəkələrin inkişafı ilə blogerlərin böyüməsi və yaradıcılıq perspektivləri baxımından daha çox imkanlar yaranır.

- Sizcə, gələcəkdə, təxminən 10 ildən sonra blogerlik necə olacaq?

- Düşünürəm ki, gələcəkdə insanlar daha da qısa videoformatlara can atacaqlar, çünki müasir tamaşaçı getdikcə səbirsiz olur. Onlar məlumatı tez və asanlıqla, sözün əsl mənasında bir neçə saniyə ərzində qəbul etmək istəyirlər. Ola bilsin ki, biz tamaşaçılarla qarşılıqlı əlaqə üçün fərqli format təklif edəcək yeni sosial platformaların inkişafını müşahidə edəcəyik. Bununla belə, klassik videoməzmun indi olduğu kimi gündəmdə qalacaq, lakin çox güman ki, dəyişəcək.

- İlham aldığınız sevimli komediyaçılar və ya yumoristlər varmı?

- Uşaqlıqda Mister Bin rolunu oynayan Roan Etkinson, Şaban obrazını yaradan Kemal Sunal kimi aktyorlara heyran idim. Onlar sadə hərəkətlər və jestlərlə belə sizi güldürməyi bacarırdılar. Bu aktyorların komediya istedadı məni çox heyran etdi, amma heç vaxt onları olduğu kimi təqlid etmədim. Parodiyalarım tamaşaçılar üçün unikal və maraqlı olsun deyə, özümə məxsus nəsə yaratmaq mənim üçün çox vacibdir.

- Komediya ustası olmaq istəyənlərə və videoblogerlərə nələri məsləhət görərdiniz?

- Əsas odur ki, kreativ olasınız və müsbət enerji daşıyan məzmun yaradasınız. Əlbəttə ki, müasir tendensiyaları izləmək həmişə vacibdir, lakin mən sizə klassikləri də unutmamağı məsləhət görürəm. Keçmişdən qalan nəyisə yenidən yaratmaq yeni perspektiv verə və izləyiciləri sevindirə bilər. Təbii ki, təcrübə əldə etməkdən və öz yolu ilə getməkdən qorxmamaq lazımdır.

- Sizcə, uğurunuzun sirri nədədir?

- Çətin məqamlarda heç vaxt təslim olmamışam və hər şeyin zamanla gələcəyinə inanmışam. İnanıram ki, hər işin öz vaxtı var və gec-tez bütün işlər öz yoluna düşəcək. İşinizi məmnuniyyətlə davam etdirə bilmək də vacibdir. Hər dəfə yeni bir video paylaşanda, özümü ilk dəfə etdiyim kimi hiss edirəm və bu, mənə əlavə enerji verir.

Mənim üçün əsas amil insanların təbəssümüdür. Əgər videolarım onların çöhrələrində təbəssüm doğurursa, onda özümü xoşbəxt hiss edirəm.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı Natiq Əliyev: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb

Ağstafada müəllimlər arasında yarış olub

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL