“Reqbi idman növünün inkişafında könüllülərin rolu” mövzusunda onlayn görüş keçirilib
Bakı, 7 dekabr, AZƏRTAC
“Könüllülər dekadası” çərçivəsində “Reqbi idman növünün inkişafında könüllülərin rolu” mövzusunda onlayn görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin moderatoru Altun Süleymanov reqbi idman növü haqqında məlumat verib.
“Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin sədri Miraqil Seyidzadə çıxışında Azərbaycan Reqbi Federasiyasının fəaliyyətindən və idmanın bu növünün ölkəmizdə inkişafı üçün görülən işlərdən danışıb.
Azərbaycan Reqbi Federasiyasının birinci vitse-prezidenti Elvar Osmanov reqbi idman növünün təbliği üçün görülən işlərdən, gələcək planlardan bəhs edib. O, könüllülərin idmana dəstəyini yüksək qiymətləndirərək onları federasiyada yaradılmış imkanlardan yararlanmağa dəvət edib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.